Ordu.az xəbər verir ki, bunu Türkiyə diplomatiyasının rəhbəri “24TV” kanalının efirində deyib.
Onun sözlərinə görə, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri olarkən FETÖ terror təşkilatı onu və ailəsini hədəf alıb:
“FETÖ-çülərin və digər mütəşəkkil cinayət qruplarının mənim və ailəmlə bağlı apardıqları təbliğat yəqin ki, dünyanın heç bir yerində görülməyib. Fiziki olaraq sui-qəsdə məruz qaldım, zəhərləndim, müalicə aldım. Bundan başqa, davamlı xarakterli sui-qəsdlərə məruz qalırıq, amma bu, davanın bir hissəsidir. Əvvəllər bunu deməmişəm. Mənə ağır arsen və civə veriblər. Haradasa olub, sonra da analizlərdə üzə çıxıb. Bu səbəbdən 4-5 il müalicə almışam”.
“Bunu kim edib?” sualın cavabında Hakan Fidan deyib “təkcə ölkə daxilində düşmən yoxdur, düşmən hər yerdədir”.
Qeyd edək ki, H. Fidan 2023-cü ildə Türkiyə diplomatiyasının rəhbəri vəzifəsinə başlayıb. Bu vəzifəyə təyin olunmazdan əvvəl o, Türkiyənin Milli İstihbarat Təşkilatına rəhbərlik edib.
Ordu.az