İsveçrə iki həftə ərzində ABŞ-la gömrük rüsumları üzrə saziş layihəsinə nail olmağı ümid edir

2025/05/1746811683.jpg
Oxunub: 519     00:41     10 May 2025    
İsveçrə hakimiyyəti ABŞ-la birlikdə gömrük rüsumları ilə bağlı prinsipial razılaşma layihəsi üzərində işləyir və yaxın iki həftə ərzində sənədin layihəsini təqdim etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, İsveçrənin maliyyə naziri və prezidenti Karin Keller-Zutter ABŞ-nin maliyyə naziri Skott Bessentlə Bern şəhərində keçirdiyi danışıqlardan sonra təşkil olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, danışıqlar konstruktiv keçib: “Hər iki tərəf sürətli həll yolu tapmaq və razılaşmaya nail olmaq prosesini sürətləndirmək əzmindədir”.

Prezident vurğulayıb ki, İsveçrə Böyük Britaniyadan sonra ABŞ-nin tarif məsələsinin tənzimlənməsi ilə bağlı prinsip razılaşma əldə edəcəyi ikinci ölkə olmaq niyyətindədir: “Bu məsələ ilə bağlı niyyətlər haqqında razılaşma layihəsi növbəti iki həftə ərzində təqdim olunmalıdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   ABŞ  


Bizi "telegram"da izləyin