Pakistanda 150-yə yaxın hava reysi təxirə salınıb

2023/07/Boein-1689674662.jpg
Oxunub: 503     14:23     09 May 2025    
Pakistanla Hindistan arasında münaqişənin eskalasiyası fonunda Pakistanda azı 149 hava reysi təxirə salınıb.

Ordu.az xəbər verir ki, bu barədə Pakistanın “Geo TV” telekanalı məlumat yayıb.

Təxirə salınmış aviareyslərin 42-si paytaxt İslamabaddan, 36-sı Lahordan, 34-ü Karaçidəndir.

Məlumatda qeyd olunur ki, hökumətin uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirdiyi profilaktik tədbirlər, o cümlədən, hava məkanının bağlanması ümumilikdə 200-dən çox aviareysin vaxtına təsir edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Reys  


Bizi "telegram"da izləyin