İran daha bir yeraltı PUA bazasını nümayiş etdirib

2025/05/1746785398.jpg
Oxunub: 462     12:36     12 May 2025    
İran dövlət televiziyası vasitəsilə İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinə məxsus yeraltı Pilotsuz Uçuş Aparatları (PUA) bazasının görüntüləri ictimaiyyətə təqdim olunub.

Ordu.az xəbər verir ki, baza İnqilab Keşikçiləri Korpusunun baş komandanı general Hüseyn Səlami tərəfindən ziyarət olunub. Ziyarət zamanı Səlami bəyan edib ki, İranın müdafiə doktrinası düşmənin maraqlarına uyğun fəaliyyət göstərən istənilən nöqtəni legitim hədəf hesab edir və bu nöqtələrə dərhal cavab veriləcək.

Bazada “Şahid-129”, “Ebabil-5” və “Muhacir-6” kimi müxtəlif tipli kəşfiyyat, döyüş və kamikadze PUA-lar yerləşdirilib. Həmçinin yayımlanan kadrlar göstərir ki, İran bu vasitələrlə Fars körfəzində ABŞ donanmasına məxsus aviadaşıyıcı gəmi və digər döyüş gəmilərini real vaxt rejimində izləyib.

Bu hadisə, İranın bölgədə PUA əsaslı strateji nəzarət imkanlarını nümayiş etdirmək və ABŞ-yə qarşı xəbərdarlıq göndərmək məqsədi daşıyır. Yeraltı PUA bazaları həm gizliliyi, həm də təbii qorunma qabiliyyəti ilə İranın müdafiə doktrinasında mərkəzi yer tutur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   PUA  


Bizi "telegram"da izləyin