Ukraynada Macarıstan hərbi kəşfiyyatı üçün işləyən casus şəbəkəsi ifşa edilib

2025/05/1746779758.jpg
Oxunub: 564     12:27     09 May 2025    
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Macarıstan hərbi kəşfiyyatına casusluq etməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.

Bu barədə Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir.

UTX-nin yaydığı bəyanatda Ukraynanın müdafiəsi ilə bağlı kəşfiyyat məlumatları əldə etmək üçün Macarıstan dövlətinin nəzarəti altında fəaliyyət göstərən casus şəbəkəsinin ifşa edildiyi bildirilir.

Xidmətin məlumatına görə, saxlanılanlar Ukrayna Silahlı Qüvvələrinin keçmiş hərbçiləridir. Onlar Macarıstan hərbi kəşfiyyatının nümayəndəsi tərəfindən ələ alınıb və gizli əlaqə üçün pul və xüsusi avadanlıq alıblar. Agentlərə Ukraynanın hava hücumundan müdafiə sistemi haqqında ətraflı məlumatı öz kuratoruna ötürmək tapşırılıb.

UTX-dən qeyd edilib ki, bu, ölkə tarixində Macarıstanın casus şəbəkəsinin Kiyevin maraqlarına zidd hərəkətlərə görə ifşa olunduğu ilk haldır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Macarıstan   Hərbi-kəşfiyyat   Casus  


Bizi "telegram"da izləyin