ABŞ Böyük Britaniyanın diqqətini Avropaya yönəltməsini istəyir

2025/05/1746778681.jpg
Oxunub: 456     11:46     10 May 2025    
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Böyük Britaniyadan Asiyadakı hərbi fəaliyyətini azaltmağı və diqqəti daha çox Avropaya yönəltməyi tələb edir.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Bu, Bayden administrasiyasının Hind-Sakit okean regionunda Avropa ölkələrinin varlığını artırmaq siyasətindən kəskin şəkildə uzaqlaşmadır.

Məlumata görə, Pentaqonun siyasət üzrə müşaviri Elbric Kolbi Britaniya rəsmilərinə deyib ki, Britaniya Avro-Atlantik bölgəyə daha çox diqqət yetirməlidir.

Beş fərqli mənbəyə əsaslanan məlumata görə, Kolbi Britaniyanın “HMS Prince of Wales” aviadaşıyıcı gəmisinin Hind-Sakit okeanda planlaşdırılan missiyaları ilə bağlı xüsusi narahatlığını ifadə edib.

Kolbi iddia edir ki, Avropa ölkələri öz təhlükəsizliklərini təmin etmək üçün daha çox məsuliyyət daşımalıdırlar. Bu, ABŞ-nin Çin və Hind-Sakit okean regionuna daha çox diqqət yetirməsini təmin etmək üçün atılan strateji addım hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Britaniya   Avropa  


Bizi "telegram"da izləyin