Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“BAE Systems” tərəfindən verilən məlumata görə, platforma sualtı infrastrukturu izləmək və qorumaq, sualtı qayıqlara qarşı mübarizəni dəstəkləmək və gizli müşahidə missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub.
Təqdim olunan məlumata görə, platforma şirkətin suüstü və sualtı qayıqlar üçün yüksək texniki, avtonom hərbi idarəetmə sistemi olan “Nautomate” ilə təchiz edilib.
Britaniya müdafiə istehsalçısı bu ilin əvvəlində suüstü gəmidə uğurlu sınaqlardan sonra “Herne” sualtı platformasında “Nautomate” texnologiyasını sınaqdan keçirib.
Şirkət tərəfindən verilən məlumata görə, “Nautomate” təhlükəli missiyalarda faydalı ola biləcək avtonom imkanları təmin etmək üçün həm yeni, həm də mövcud platformalara inteqrasiya oluna bilər.
Sevinc Əliyeva
Ordu.az