Ordu.az xəbər verir ki, ticarət məlumatlarının yeni təhlili dayandırılmış lisenziyalara baxmayaraq, daşınmaların davam etdiyini göstərir.
Araşdırma, həmçinin qeyd edir ki, F-35 hissələrinin İsrailə birbaşa satışı davam edib və bu, hissələrin yalnız “Lockheed Martin”ə göndərilməsi öhdəliyini pozmuş ola bilər. Hökumət əvvəllər bu hissələrin NATO təhlükəsizliyi üçün vacib olduğunu və tədarük zəncirinin kəsilməməsi lazım olduğunu bildirmişdi.
Tapıntıların ardınca keçmiş kölgə maliyyə naziri Con Makdonnel tam təhqiqata çağırıb və xarici işlər naziri Devid Lemminin sentyabr ayından parlamentdə verdiyi açıqlamada deputatları yanıltmış olması vəziyyətinin istefa tələb edən bir nazirlik qaydası pozuntusu olacağını deyib.
Qeyd edək ki, Lemmi Britaniyadan İsrailə göndərilənlərin əksəriyyətinin “müdafiə məqsədli” olduğunu bildirmişdi.
Sevinc Əliyeva
Ordu.az