Şimali Koreya istehsalı olan M1991 YARS-ı Ukraynadakı döyüş meydanında istifadə edilir

2025/05/1746776584.jpg
Oxunub: 545     13:12     09 May 2025    
Şimali Koreya istehsalı olan M1991 240 mm-lik yaylım atəşli reaktiv sisteminin Ukraynadakı döyüş meydanında istifadəsi açıq mənbə görüntüləri vasitəsilə təsdiqlənib.

Ordu.az xəbər verir ki, bu barədə “Defence Blog” məlumat yayıb.

Rusiyanın Leninqrad Hərbi Dairəsinin “Sever” (Şimal) Qüvvələr Qrupuna məxsus avtomobilin üzərindəki taktiki işarələr bu sistemlərdən ən azı bəzilərinin sözügedən qrup tərəfindən istifadə edildiyini göstərir.

M1991 240 mm çaplı idarə olunmayan raketləri 40-60 kilometr məsafəyə buraxa və geniş ərazilərdə intensiv atəşi təmin edə bilir. Xüsusilə sabit müdafiə xətlərinə və sıx piyada yerləşdirmələrinə qarşı təsirli olduğu bilinir.

Ukrayna mənbələri M1991 sisteminə aid olduğunu iddia etdikləri avtomobilin məhv edilməsinin görüntülərini dərc ediblər. Lakin bu görüntülərdəki sistemin həqiqətən M1991 olub-olmadığı müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   M1991-YARS   Ukrayna  


Bizi "telegram"da izləyin