Yeni Papanın kimliyi məlum olub - YENİLƏNİB (VİDEO)

2025/05/1746725616.jpg
Oxunub: 704     21:23     08 May 2025    
Yeni seçilən Roma Papasının kimliyi məlum olub.

Ordu.az BBC-yə istinadən xəbər verir ki, 267-ci Papa ABŞ-dan olan Robert Francis Prevostdur.

Qeyd edək ki, o, ABŞ-dan seçilən ilk Papadır.

Yeni Papa Vatikanda eyvana çıxaraq ictimaiyyəti salamlayıb.

O, XIV Lev adını qəbul eləyib.

***

Vatikanda yeni Roma Papasının seçildiyi bildirilir.

Ordu.az xəbər verir ki, Sikstin kapellasının damındakı bacadan ağ tüstü çıxıb.

Qaydalara görə ağ tüstü yeni papanın seçildiyini bildirir. Kardinallar namizədlərdən birinə səslərin üçdə ikisindən çoxunu veriblər. Yeni Papanın kim olduğu hələlik məlum deyil.

Qeyd edək ki, seçilmək üçün yaşı 80-dən aşağı olan 133 iştirakçıdan biri səslərin üçdə ikisini (89 səs) toplamalıdır.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kardinallar   Papa  


Bizi "telegram"da izləyin