Monteneqroda məktəblərdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

2025/05/1746719411.jpg
Oxunub: 465     19:42     08 May 2025    
Monteneqronun paytaxtı Podqoritsada 4 məktəbdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq olunub.

Ordu.az xəbər verir ki, polis əməkdaşları təhsil müəssisələrinə cəlb olunub və məktəblər dərhal boşaldılaraq axtarışlar aparılıb.

Lakin heç nə aşkar edilməyib, xəbərdarlığın saxta olduğu məlum olub.

Nikşiç şəhərində də üç məktəbə bomba qoyulması barədə məlumat daxil olub. Polis axtarışları davam etdirir. Təhlükəsizlik təmin olunana qədər məktəblərə daxil olmaq qadağandır.

Xatırladaq ki, mayın 5-də də Podqoritsa və Nikşiçdə bir neçə məktəbdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq edilmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Monteneqro   Bomba  


Bizi "telegram"da izləyin