AK Rusiyaya qarşı 17-ci sanksiyalar paketini mayın 20-dək qəbul etməyi planlaşdırır

2025/02/1740287330.jpg
Oxunub: 673     18:56     08 May 2025    
Avropa Komissiyası (AK) Rusiyaya qarşı 17-ci sanksiyalar paketini mayın 20-dək qəbul etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Varşavada Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

“Biz xarici işlər nazirlərinin növbəti görüşünə, yəni mayın 20-nə kimi 17-ci sanksiyalar paketini qəbul etməyi planlaşdırırıq”, – o qeyd edib.

Kallas həmin paketə dair təfərrüatları açıqlamayıb. Çünki sənəd hələ razılaşdırılmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AK   Rusiya  


Bizi "telegram"da izləyin