Litva NATO-nun şərq cinahında genişmiqyaslı təlimlərə başlayıb

2025/05/1746703384.jpg
Oxunub: 484     16:57     08 May 2025    
NATO-nun şərq cinahında davam edən gərginlik fonunda Litva Silahlı Qüvvələri beynəlxalq səhra təlimlərinə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Litva Silahlı Qüvvələrindən verilən məlumata görə, təlimlərdə 8 minə yaxın yerli və müttəfiq qoşun, mindən çox taktiki texnika, habelə bir neçə onlarla təyyarə, gəmi və hərbi texnika iştirak edəcək.

Təlimin əsas fəaliyyətləri müxtəlif səviyyələrdə müdafiə və hücum əməliyyatlarının planlaşdırılması və icrasına yönəldiləcək.

Litvanın müdafiə naziri general Raymundas Vaiksnoras açıqlamasında deyib:

“May ayında Litvada quru, hava və dəniz sahələrində çoxlu sayda Litva və müttəfiq qüvvələri təlim keçəcək. Ölkəmizdəki ən böyük birgə təlim dövrlərindən biri olan bu təlim nəinki müttəfiqlərimizin və bizim birgə hərəkət etməyə hazır olduğumuzu nümayiş etdirir, həm də NATO ərazisinin hər qarışını müdafiə etmək üçün birliyimiz və qətiyyətimiz haqqında aydın mesaj verir.”

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   NATO   Təlim  


Bizi "telegram"da izləyin