Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Pentaqonun bəyanatında qeyd edilir ki, müqaviləyə əsasən, “Lockheed Martin” mühəndislik və texniki dəstək, proqramların idarə edilməsi, təkrar olunmayan xüsusi tələblər və təlim xidmətləri göstərəcək.
Bu xidmətlər Yunanıstanın F-35 Xarici Hərbi Satış (FMS) müştərisi kimi proqrama inteqrasiyasını dəstəkləmək məqsədi daşıyır.
Müqavilə çərçivəsində görüləcək işlərin 2028-ci ilin may ayına qədər başa çatdırılması nəzərdə tutulur. Fəaliyyətlərin əksəriyyəti ABŞ-nin Kaliforniya, Texas, Florida, Merilend və Cənubi Karolina ştatlarında aparılacaq. Bundan əlavə, müqavilənin təxminən 4%-i Böyük Britaniyanın Lankaşir bölgəsində həyata keçiriləcək.
Yunanıstan Hərbi Hava Qüvvələri (HHQ) proqramda iştirak etmək üçün ötən ilin iyul ayında imzalanmış müqaviləyə uyğun olaraq 20 ədəd F-35A döyüş təyyarəsi alacaq.
ABŞ HHQ-nin məlumatına görə, F-35A beşinci nəsil stels tipli döyüş təyyarəsidir, 50.000 futdan yuxarı hündürlüklərdə uça bilir və 1350 mildən çox mənzilə malikdir.
Sevinc Əliyeva
Ordu.az