Pakistanın müdafiə naziri: "Hindistanla gərginlik nüvə müharibəsinə səbəb ola bilər"

2025/05/1746635082.jpg
Oxunub: 572     20:01     07 May 2025    
Hindistan və Pakistan arasında gərginliyin artması nüvə müharibəsinə səbəb ola bilər.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Havaca Asif “Geo News” telekanalına açıqlamasında bildirib.

“Əgər onlar (Hindistan hökuməti - red.) regionu total müharibə meydanına çevirsələr və təhlükəsizlik təhdidi yaranarsa, o zaman hər an nüvə müharibəsi başlaya bilər”, - o deyib.

Asif vurğulayıb ki, Yeni Dehli hökuməti Pakistanı nüvə müharibəsinə sövq edərsə, Hindistan bunun yaratdığı nəticələrlə üzləşməli olacaq.

Qeyd edək ki, Hindistan aprelin 22-də Pahalqam bölgəsində 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq mayın 6-da Pakistan ərazisinə və Azad Kəşmir bölgəsinə raket zərbələri endirib. İslamabad hökuməti hücumlar nəticəsində 6 mülki obyektin vurulduğunu və 26 nəfərin öldüyünü bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Hindistan  


Bizi "telegram"da izləyin