KİV: Ukrayna PUA-ları Rusiyanın əsas müdafiə zavodlarına hücum edib

2025/05/1746632172.jpg
Oxunub: 575     19:29     07 May 2025    
Ukrayna Təhlükəsizlik Xidmətinin uzaqmənzilli pilotsuz uçuş aparatları mayın 7-nə keçən gecə Rusiyanın arxa cəbhəsindəki iki hərbi-sənaye kompleksi zavodunu – “Bazalt” və “Splav”ı vurub.

Ordu.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdyinə görə, “Bazalt” Rusiya Federasiyasının əsas müdafiə müəssisəsidir və Rusiya ordusunun bütün qolları üçün silah və sursat istehsal edir. O, Moskva vilayətindəki Krasnoarmeysk şəhərində yerləşir.

“Splav” isə Rusiyada yaylım atəşi raket sistemləri və patronları layihələndirən və istehsal edən yeganə müəssisədir. O, Tula şəhərində yerləşir. PUA-ların zərbələrindən sonra müəssisənin ərazisində güclü yanğın baş verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   PUA  


Bizi "telegram"da izləyin