"Kuantek" elektro-optik sistemlərdə xarici asılılığı azaltmağı hədəfləyir - VİDEO

2025/05/1746609801.jpg
Oxunub: 654     19:22     09 May 2025    
Yerli elektron həlləri inkişaf etdirmək üçün 2013-cü ildə "Kocaeli Teknopark"da qurulan "Kuantek Elektronik" müdafiə sənayesi üçün xüsusi "Ar-Ge" işləri ilə diqqət çəkir.

Ordu.az xəbər verir ki, tamamilə tədqiqat və inkişaf fəaliyyətlərinə yönəlmiş 15 nəfərlik komanda ilə fəaliyyət göstərən şirkət bu gün də İnformasiya Texnologiyaları Vadisində işini davam etdirir.

Şirkətin qurucu ortaqlarından biri olan Sinem Özer həm də satış meneceri vəzifəsini icra edir.

Özer "Defensehere.com" nəşrinə verdiyi müsahibədə şirkətin məhsul inkişaf prosesləri, təcrübə sahələri və gələcək planları haqqında məlumat paylaşıb.

Özer qurulma prosesində FPGA əsaslı IP nüvələrinə diqqət yetirdiklərini, CAN FD və JESD204B kimi kritik nüvələri yerli olaraq inkişaf etdirdiklərini vurğulayıb.

Özer zaman keçdikcə müdafiə sənayesi şirkətlərinə "Ar-Ge" xidmətləri təklif etməyə başladıqlarını, bu prosesdə qazanılan təcrübələrin onların xaricə asılılığı azaltmaq və yerli məhsulları inkişaf etdirmək qərarlarını formalaşdırdığını vurğulayıb.

O, elektro-optik sistemlərdə istifadə edilən "modul üzərində sistem" kartlarında sektorun ümumiyyətlə xarici mənbələrdən asılı olduğunu bildirib.

Özer bu səbəbdən sözügedən komponentləri öz şirkətlərində dizayn etməyə və sistemlərinə inteqrasiya etməyə başladıqlarını deyib.

Özer təxminən dörd il əvvəl termal kamera texnologiyaları üzərində işə başladıqlarını və son bir ildə həyata keçirilən sahə sınaqlarının tamamlanmasıyla istehsal mərhələsinə keçdiklərini qeyd edib.



Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kuantek   Türkiyə  


Bizi "telegram"da izləyin