Ordu.az xəbər verir ki, bu qəfil qərar Ağ Ev, Pentaqon və Dövlət Departamenti rəsmilərini çaşqın vəziyyətə salıb.
Delaver ştatındakı "Dover" və Qətərdəki "Al Udeid" bazalarından həyata keçirilən tədarüklər ləğv edilib. Kiyev və Polşa rəsmiləri Vaşinqtona şərh üçün təcili sorğular göndəriblər.
Lakin hətta ABŞ-nin yüksək rütbəli məmurları belə əmri kimin verdiyini və ya bunun nə demək olduğunu izah edə bilməyiblər.
"Reuters" tərəfindən əldə edilən sənədlərə görə, Heqsetin ofisi əmr verib. ABŞ Nəqliyyat Komandanlığı (TRANSCOM) əmri Birləşmiş Qərargah Rəisləri Komitəsi vasitəsilə aldığını bildirib.
Məlumata görə, Ukraynaya yardım Ağ Evlə məsləhətləşmədən dayandırılıb.
Sevinc Əliyeva
Ordu.az