ABŞ Çexiyaya rabitə avadanlığının satışını təsdiqləyib

2025/05/1746602605.jpg
Oxunub: 526     19:22     08 May 2025    
2025-ci il mayın 5-də ABŞ Dövlət Departamenti təxmini dəyəri 181 milyon ABŞ dolları olan rabitə avadanlığı, habelə əlaqədar logistika və proqrama dəstək elementləri üçün Çexiya hökumətinə mümkün Xarici Hərbi Satışı təsdiqləyib.

Ordu.az xəbər verir ki, Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi Konqresə bu mümkün satış barədə məlumat verən lazımi sertifikatı həmin gün təqdim edib.

Bu satışın NATO müttəfiqinin təhlükəsizliyini artırmaqla, ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik məqsədlərini dəstəkləmək məqsədi daşıdığı bildirilir.

Bu potensial satış üçün əsas podratçı “L3Harris Global Communications, Inc.” olacaq.

Təklif olunan satışın həyata keçirilməsi ABŞ hökumətinin və ya podratçının hər hansı əlavə nümayəndəsinin Çexiyaya təyin edilməsini tələb etməyəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çexiya  


Bizi "telegram"da izləyin