Ordu.az xəbər verir ki, səfər Türkiyə ilə Pakistan arasında strateji müdafiə əməkdaşlığının, tarixi qardaşlıq əlaqələrinin və ortaq dəniz baxışının mühüm göstəricisi kimi dəyərləndirilir.
“TCG Büyükada” Kəraçiyə gəldikdən sonra Pakistan HDQ-nin rəsmiləri tərəfindən təşkil edilən rəsmi mərasimlə qarşılanıb.
Pakistanın dövlət xəbər agentliyi APP-nin məlumatına görə, səfər zamanı gəminin heyəti müxtəlif peşəkar görüşlər keçirəcək və Pakistan HDQ-nin şəxsi heyəti ilə birgə fəaliyyətlərdə iştirak edəcək.
Səfərin məqsədinin Türkiyə və Pakistan HDQ-ləri arasında qarşılıqlı anlaşmanı gücləndirmək, birgə təlimlər üçün zəmin hazırlamaq və regional dəniz təhlükəsizliyinə töhfə vermək olduğu açıqlanıb.
Bundan əlavə, bu cür səfərlər iki ölkə arasında dəniz diplomatiyasını gücləndirmək və qarşılıqlı əlaqəni artırmaq məqsədi daşıyır.
“TCG Büyükada”nın Kəraçiyə gəlişi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130 Hercules” təyyarəsinin Ankaradan Pakistana enişindən sonra baş verib. Hindistan-Pakistan gərginliyinin davam etdiyi bir vaxta təsadüf edən bu təmaslar bəzi pakistanlı şərhçilər tərəfindən Türkiyənin regional həmrəylik mesajı kimi şərh edilib.
Sevinc Əliyeva
Ordu.az