Zelenskinin “çətiri” bağlanır? Trampdan Ərdoğana gizli siqnal

2025/05/1746520673.jpg
Oxunub: 680     13:37     07 May 2025    
ABŞ-nin yeni prezidenti Donald Tramp ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Hər iki tərəfin yaydığı məlumatlara əsasən, danışıq müsbət atmosferdə keçib. Tramp bu münasibətlə bildirib ki, əvvəlki prezidentlik dövründə Ərdoğanla yaxşı münasibətləri olub.

Tramp qeyd edib ki, Rusiya-Ukrayna müharibəsini “elə indi” dayandırmaq üçün Türkiyənin dəstəyini gözləyir. Bu, diqqətəlayiq açıqlamadır və ən azı iki mümkün fikri gündəmə gətirir. Rusiya-ABŞ dialoqu başladıqda Türkiyənin davranışında müəyyən çaşqınlıq müşahidə olunurdu. Çünki ənənəvi olaraq ABŞ-Rusiya qarşıdurması üzərində öz əhəmiyyətini quran Ankara elə bir vəziyyətə düşmüşdü ki, artıq nə Vaşinqtonda, nə də Moskvada əvvəlki qədər tələb olunmurdu.

Lakin Ukrayna müharibəsinin dayandırılması prosesi uzandıqca və bu prosesdə Avropa öz müqaviməti ilə əhəmiyyətli rol oynadıqca, Ankranın itirdiyi və ya azalan rolu “bərpa olunmağa” başlayır. Bu məqamda əsas məsələ odur ki, Tramp ona nə təklif edir? Tramp Ərdoğana Rusiya üzərində təzyiq göstərmək üçün öz tərəfini seçməyi təklif edir, yoxsa həm onun, həm də Putinin tərəfini tutaraq Avropaya qarşı oynamağı, beləliklə, Avropanı Zelenskinin vasitəsilə apardığı müqavimətdən çəkindirməyi nəzərdə tutur?

Yaxud da bəlkə Ərdoğana Zelenskiyə birbaşa təsir etməsi təklif olunur. Unutmayaq ki, Riyadda Rusiya-ABŞ danışıqları başladığı və Lavrovla Rubionun başçılıq etdiyi nümayəndə heyətləri ilk görüşlərini keçirdiyi zaman Zelenski Ərdoğanın qonağı idi və onun “çətiri” altında sığınmışdı. Həmin fotonu da ABŞ-də Zelenskini Ağ Evdə Tramp və Vens tərəfindən alçaldıldığı vaxtlarda Türkiyədəki Ukrayna səfirliyi yaymışdı. Tramp indi Ərdoğandan Zelenskinin üzərində açdığı “çətiri” bağlamağı istəyir?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ərdoğan   Zelenski  


Bizi "telegram"da izləyin