Ukraynaya 30 milyard dollarlıq silah yardımı mədən sazişindən sonra açılıb - HESABAT

2025/05/1746519583.jpg
Oxunub: 548     15:48     07 May 2025    
ABŞ və Ukrayna arasında yeni mineral ehtiyatlar sazişinin imzalanmasından sonra Ukraynanın ehtiyac duyduğu həyati əhəmiyyətli Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin ABŞ tərəfindən təsdiqlənməsi gözlənilir.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, faydalı qazıntıların hasilatı və emalı üçün birgə investisiya fondu yaradan saziş Ukraynaya uzunmüddətli iqtisadi və təhlükəsizlik tərəfdaşlığı təklif edir.

“Interfax-Ukrayna”nın məlumatına görə, bu razılaşmadan sonra Ukraynanın ehtiyac duyduğu HHM sistemləri üçün ilkin olaraq 30 milyard dollara yaxın vəsait tələb oluna bilər.

Nəşrin yazdığına görə, Ukrayna Vaşinqtonla lazım olan HHM sistemlərinin sayını bölüşüb və Tramp bu tələb üzərində işləməyə hazır olduğunu bildirib.

Zelenski də Ukrayna mediasına verdiyi son brifinqdə 2025-ci il üçün ABŞ-nin 15 milyard dollarlıq hərbi yardım paketinə və 2026-cı il üçün Konqresin təsdiq etdiyi ayrıca 15 milyard dollarlıq hərbi yardım paketinə toxunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin