Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Sınaqda Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ercüment Tatlıoğlu və ROKETSAN baş direktoru Murat İkinci də iştirak edib.
Torpedo borusundan atılan Kapsullu “Atmaca” Raketi su səthinə çatdıqdan sonra ilk mərhələ bərk yanacaq mühərriki ilə yüksəklik əldə edib.
Beləliklə, Türkiyə sualtı qayıqlardan gəmi əleyhinə raketlər buraxa bilən nadir ölkələrdən biri olacaq.
Sevinc Əliyeva
Ordu.az