Niderlandın Baş naziri: “Avropa daha çox məsuliyyət götürməli və müdafiə sahəsinə sərmayə qoymalıdır”

2025/03/1741939865.jpg
Oxunub: 399     21:20     14 Mart 2025    
Niderlandın Baş naziri Dik Şof Benilüks ölkələrinin liderləri ilə görüşündə bəyan edib ki, Avropa daha çox məsuliyyət götürməli və müdafiə sahəsinə sərmayə qoymalıdır.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Şof sosial media hesabındakı paylaşımında Lüksemburqda bu ölkənin Baş naziri Lyuk Friden və Belçikanın Baş naziri Bart De Vever ilə görüşdüyünü bildirib.

Şof görüşün əsas mövzusunun Ukraynadakı müharibə olduğunu bildirib.

“Aydındır ki, Avropa bununla bağlı öz məsuliyyətini üzərinə götürməlidir. Bu o deməkdir ki, biz Ukraynanı dəstəkləməyə davam etməliyik. Eyni zamanda, biz Avropanın müdafiə və müdafiə sənayesinə daha çox sərmayə qoymalıyıq. Təhlükəsizlik və iqtisadi sabitlik əl-ələ verir. Ona görə də borcumuzu davamlı saxlamalıyıq”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Avropa  


Bizi "telegram"da izləyin