Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Haaretz” qəzetinin məlumatına görə, İsrail Müdafiə Nazirliyi ordunun döyüş qabiliyyətini gücləndirmək məqsədilə 5 min ədəd FPV tipli kamikadze PUA-sının alınması üçün tender elan edib.
İsrail ordusunun Qəzzada hərbi əməliyyatları səbəbindən beynəlxalq silah embarqolarına cavab olaraq tenderi qazanan şirkətdən yerli istehsal xətti yaratması tələb edilib.
Nazirliyin ötən ay 5 min kamikadze PUA-sının alınması üçün tender elan etdiyi, indiyədək “Xtend”, “Dronix” və “Tehiru” da daxil olmaqla, 25 İsrail şirkətinin təkliflər təqdim etdiyi bildirilib.
Qeyd edilib ki, kamikadze PUA-ları 10 kilometr mənzilə, 8 dəqiqəlik uçuş müddətinə və 2,5 kiloqram partlayıcı yük daşıma qabiliyyətinə malik olacaq.
Sevinc Əliyeva
Ordu.az