Polşa yeni raketin ilk buraxılış görüntülərini yayımlayıb

2025/03/2025--1741932311.jpg
Oxunub: 577     20:04     14 Mart 2025    
Polşa “Homar-K” Yaylım Atəşli Reaktiv Sistemindən (YARS) CGR-080 raketinin ilk uğurlu atışının videosunu yayımlayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“X” istifadəçisi “Mason”un etdiyi paylaşıma görə, Polşa “Homar-K” YARS-dan CGR-080 raketinin ilk uğurlu buraxılış videosunu yayımlayıb.

İlk CGR-080 raketinin uğurla buraxılması Polşa hərbi personalının qabaqcıl sistemlərlə işləmək üzrə artan əməliyyat bacarığını nümayiş etdirir.


Sözügedən atışın elanı 2024-cü il dekabrın 7-də verilsə də, sistemin imkanları və yeni nəsil döyüş sursatlarının geniş spektrinin konkret nümunəsini təqdim edən hadisənin görüntüləri ilk dəfə ictimaiyyətə təqdim edilib.

“Meyson” adlı istifadəçi 2024-cü ilin aprelində Polşa Müdafiə Nazirliyinin nümayəndə heyətinin Cənubi Koreyaya səfəri zamanı atılan CTM-290 ballistik raketinin videosunu da paylaşıb. Paylaşılan videoda CTM-290 ballistik raketinin “Homar-K” YARS-dan atıldığı görüntülənib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Homar-K  


Bizi "telegram"da izləyin