ABŞ İranla əlaqəli şirkətlərə və gəmilərə qarşı sanksiyalar tətbiq edib

2025/03/1741503808.jpg
Oxunub: 449     19:27     13 Mart 2025    
ABŞ İranla əlaqəli bir fiziki və 17 hüquqi şəxsi, eləcə də 13 gəmini sanksiyalar siyahısına daxil edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında bildirilib.

Sanksiya siyahısına Çin (Honkonq), Marşal adaları, İndoneziya və digər ölkələrdən gəmi menecmenti ilə əlaqəli şirkətlər daxil edilib.

Siyahıdakı gəmilərdən 10-u tanker, daha 3-ü isə yedək gəmisidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin