Jelka Tsviyanoviç: Bosniya və Herseqovina ABŞ, Fransa və ya digər bir ölkənin müstəmləkəsi deyil

2025/03/1741849972.jpg
Oxunub: 450     10:54     13 Mart 2025    
Bosniya və Herseqovina ABŞ, Fransa və ya digər bir ölkənin müstəmləkəsi deyil.

Ordu.az xəbər verir ki, bunu Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviç martın 13-də XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Onun szölərinə görə, Bosniya və Herseqovinanın inkişafı xarici müdaxilədən yox, yalnız daxili dialoq və ünsiyyətdən asılıdır:

"Bu gün yeni dünya düzəni barədə danışarkən Bosniya və Herseqovina bir müstəmləkə kimi görünür. Bosniya və Herseqovina ABŞ, Fransa və ya digər bir ölkəyə deyil, öz xalqına məxsusdur. Xarici qüvvələrin yanlış addımları beynəlxalq ictimaiyyətdən gizlədilir. Ancaq bura bizim ölkəmizdir və onun inkişafının yeganə yolu da daxildəki vətəndaşlar arasında dil tapmaqdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bosniya-Herseqovina   ABŞ   Fransa  


Bizi "telegram"da izləyin