SAMP/T fəaliyyətdədir: Rusiyanın “Su” seriyalı döyüş təyyarəsi vuruldu

2025/03/1741845934.jpg
Oxunub: 599     21:04     14 Mart 2025    
Rusiyanın Ukraynaya hücumları davam edərkən, Ukrayna ordusu Rusiyanın “Su” seriyalı döyüş təyyarəsini İtaliya-Fransa istehsalı SAMP/T Hava Hücumundan Müdafiə (HHM) sistemi ilə vurub.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının Kommunikasiya İdarəsinin rəisi Yuri İqnat açıqlama verib.

İqnat Rusiya döyüş təyyarəsinin nə vaxt, harada vurulduğu və hansı model olduğu barədə ətraflı məlumat verməyib. Bununla belə, o xatırladıb ki, Ukrayna ilk SAMP/T sistemini 2023-cü ilin avqustunda alıb.

“SAMP/T “Su” təyyarəsini vurdu. Lakin digər hədəfləri də vurdu. Vurulan bir təyyarə dəqiq təsdiqləndi”, - deyə İqnat qeyd edib.

O, həmçinin bildirib ki, “Patriot” HHM sistemi təyyarələrin vurulmasında ən təsirli sistemlərdən biridir.

“Patriot” ballistik raketlərlə mübarizə üçün nəzərdə tutulub, lakin Rusiya təyyarələrinə qarşı əməliyyatlarda da istifadə olunur”, - deyə Ukrayna rəsmisi əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Su   SAMP/T  


Bizi "telegram"da izləyin