Ordu.az xəbər verir ki, Norveç Silahlı Qüvvələri Norveçə məxsus 2 F-35 döyüş təyyarəsinin “Evenes” aviabazasından havaya qalxaraq, Troms yaxınlığında beynəlxalq hava məkanında uçan 2 Rusiya” Tu-142 BEAR-F” dəniz patrul təyyarəsini əngəllədiyini açıqlayıb.
Norveç Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya aviasiyası Norveç və NATO qüvvələrinin iştirak etdiyi böyük hərbi təlim olan “Joint Viking 25” təliminin keçirildiyi ərazinin yaxınlığında əməliyyat keçirib.
F-35-lərə NATO-nun şimal cinahında davamlı hava polisliyini təmin edən Norveçin Sürətli Reaksiya Xəbərdarlığı (QRA) missiyasının bir hissəsi olaraq Rusiya təyyarələrini izləmək tapşırılıb.
Qeyd edək ki, “Tu-142 BEAR-F” Sovet dövründəki “Tu-95” strateji bombardmançı təyyarəsinin bazası əsasında hazırlanmış uzun mənzilli dəniz patrul və sualtı qayıqlara qarşı mübarizə (ASW) təyyarəsidir.
Sevinc Əliyeva
Ordu.az