“Titra”nın yerli PUA-ları ABŞ-də təqdim edilib

2025/03/1741677394.jpg
Oxunub: 490     20:36     14 Mart 2025    
Türkiyənin müdafiə və proqram təminatı şirkəti “Titra Teknoloji” 2025-ci il martın 10-13-də ABŞ-nin Dallas şəhərində keçirilən “Verticon Dallas 2025” sərgisində iştirak edib.

Ordu.az xəbər verir ki, gələcək texnologiyaların inkişafına diqqət yetirən “Titra” insansız sistem, Süni Zəka (SZ), rəqəmsal sağlamlıq və ağıllı şəhər sahələrində həllər istehsal edir.

“Titra”nın stendində pilotsuz uçuş aparatları və SZ tətbiqləri kimi qabaqcıl texnologiyalara yer verilib, məqsəd şirkətin qlobal bazarda rəqabət qabiliyyətini artırmaq və Türkiyənin müdafiə sənayesində innovativ yanaşmasını vurğulamaqdır.

Şirkətin müdafiə sektorunda önə çıxan məhsullarından biri də yüksək daşıma qabiliyyəti və uzun havada qalma müddəti ilə diqqət çəkən “Alpin” pilotsuz helikopteridir.

Bu platforma ciddi sınaqları uğurla başa vurub və indi tam əməliyyat qabiliyyətlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Titra   PUA   ABŞ  


Bizi "telegram"da izləyin