Ordu.az xəbər verir ki, Bundesverin üç il ərzində tamamlamaq istədiyi bu layihə çərçivəsində 28 metr uzunluğundakı “Aurora” adlı vasitə həm təyyarə, həm də raket funksiyasını yerinə yetirəcək.
“Aurora”nın adi uçuş-enmə zolaqlarından qalxıb enə bilməsi, eyni zamanda atmosferi aşa və 1 tona qədər yükləri aşağı Yer orbitinə yerləşdirə bilməsi planlaşdırılır.
Bu müqaviləyə əsasən, “Polaris” kosmik təyyarəni dizayn edəcək, istehsal edəcək və sınaqdan keçirəcək. Vasitə hipersəs uçuş və müdafiə tədqiqatları üçün sınaq platforması kimi xidmət edəcək.
“Polaris”ə görə, təkrar istifadə olunmayan yuxarı pillə əlavə edilərsə, “Aurora” kiçik peyk daşıyıcısı kimi də istifadə edilə bilər.
Sevinc Əliyeva
Ordu.az