ABŞ-nin çip istehsalçısı “Nvidia”nın gəliri 78 faiz artıb

2025/02/3saaa-1740732682.jpg
Oxunub: 324     13:10     14 Mart 2025    
Kaliforniyada yerləşən çip istehsalçısı “Nvidia”nın gəliri üç aylıq dövrdə illik müqayisədə 78 faiz artaraq, 39,3 milyard dollara çatıb və bazar gözləntilərini üstələyib.

Ordu.az xəbər verir ki, “Nvidia” balans hesabatında 2025-ci maliyyə ilinin dördüncü rübü hesab etdiyi yanvarın 26-da başa çatan üç aylıq dövr üçün maliyyə nəticələrini açıqlayıb.

Müvafiq olaraq, sözügedən dövrdə şirkətin gəliri illik 78 faiz artımla 39,3 milyard dollara çatıb.

Gəlirini əvvəlki rübə görə 12 faiz artıran “Nvidia” ötən ilin eyni dövründə 22,1 milyard dollar gəlir əldə etmişdi.

Bazar gözləntiləri “Nvidia”nın bu dövrdəki gəlirinin 38,05 milyard dollar olacağı idi.

2025-ci maliyyə ilində “Nvidia”nın gəliri 114 faiz artaraq, 130,5 milyard dollara çatıb.

Çip istehsalçısı cari rüb üçün gəlir gözləntisini 43 milyard dollar olaraq açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çip   Nvidia  


Bizi "telegram"da izləyin