Ordu.az xəbər verir ki, Polşanın Silahlanma Agentliyi rəsmi “X” hesabında Cənubi Koreyadan satın alınan K2 əsas döyüş tanklarının və K9 özüyeriyən haubitsalarının yeni partiyasının ölkəyə gəldiyini açıqlayıb.
Bu çatdırılmaya 14 ədəd K2 tankı və 8 ədəd K9 haubitsası daxildir.
Əvvəlki “K2 Black Panther” tankı tədarükü 2024-cü ilin dekabrında baş tutub. Bu partiyanın çatdırılmasında 6 ədəd “K2 Black Panther” tankı yer alıb, Polşaya gələn K2 tanklarının sayı isə 77-yə yüksəlib.
Cənubi Koreya ilə K2 tankı müqaviləsi Polşanın yeganə böyük tank tədarükü proqramı deyil. Zirehli qüvvələrini gücləndirməyə davam edən Polşa “K2 Black Panther” tanklarına əlavə olaraq ABŞ istehsalı olan “Abrams M1A2 SEPv3” və Almaniya istehsalı olan “Leopard 2A5” tankları üçün də müqavilələr imzalayıb.
Sevinc Əliyeva
Ordu.az