Malayziya Türkiyədən “Anka” PUA-sı almağa hazırlaşır

2025/02/1740214346.jpg
Oxunub: 598     13:01     22 Fevral 2025    
Türkiyənin Malayziyadakı səfiri Emir Salim Yüksel Malayziya Kral Hərbi Hava Qüvvələrinin (HHQ) TUSAŞ tərəfindən hazırlanan “Anka” Pilotsuz Uçuş Aparatını (PUA) bu il təhvil almağa başlamasını gözlədiklərini deyib.

Ordu.az xəbər verir ki, Malayziyanın milli xəbər agentliyi “Bernama”ya danışan Yüksel Malayziya Kral HHQ-nin istifadə edəcəyi “Anka” PUA-sını yüksək inkişaf etmiş bir platforma olaraq xarakterizə edib.

“Düşünürəm ki, “Anka” bu il Malayziyaya təhvil veriləcək, lakin bunlar çox inkişaf etmiş platformalardır, sadəcə uçan obyekt deyil. Əlaqə, komanda-idarəetmə sistemləri və personal hazırlığı tələb edir. Bunlar son dərəcə qabaqcıl PUA-lar olduğundan, həll etməli olduğumuz yan problemləri həll etmək bir qədər vaxt aparacaq.

Bununla yanaşı, Malayziya ilə Türkiyə arasında müdafiə əlaqələri xüsusilə güclüdür. Ankara (Kuala Lumpurla-red.) mümkün olduğu qədər əməkdaşlıq etməyə hazırdır. Təbii ki, gələcək əməkdaşlıqla bağlı müzakirələr davam edir. İnanıram ki, ölkələrimiz arasında əməkdaşlıq üçün böyük imkanlar var. Ona görə də hesab edirəm ki, irəli getmək üçün heç bir problem və ya maneə yoxdur”, - deyə türkiyəli səfir qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malayziya   Türkiyə   Anka   PUA  


Bizi "telegram"da izləyin