ABŞ Ukrayna ilə bağlı BMT-yə qətnamə layihəsi təqdim edəcək

2025/02/1740213347.jpg
Oxunub: 390     12:15     22 Fevral 2025    
Amerika Birləşmiş Ştatları fevralın 24-də BMT-nin Baş Assambleyasına Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı qətnamə layihəsi təqdim edəcək.

Ordu.az xəbər verir ki, bu barədə "Associated Press" ABŞ dövlət katibi Marko Rubionun bəyanatına istinadən məlumat yayıb.

Neytral xarakterli və mətninin qısa olması ilə seçilən qətnamə layihəsində Rusiya-Ukrayna münaqişəsində həyatını faciəvi şəkildə itirənlərin xatirəsi anılır və münaqişənin ən tez zamanda dayandırılması və Ukrayna-Rusiya arasında davamlı sülhün təmin edilməsinə dair çağırışlar edilir.

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzia ABŞ-nin belə bir qətnamə irəli sürməsinin “yaxşı bir addım” olduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   BMT   ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin