Ordu.az xəbər verir ki, Türkiyənin 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsi tədarükünü bu təyyarələrin “Meteor” raketləri ilə təchiz olunması şərtinə bağladığı iddia edilir.
Böyük Britaniyada yerləşən MBDA UK-nin rəhbərlik etdiyi, Fransa, Almaniya, İtaliya, İsveç və İspaniyanın iştirak etdiyi birgə müəssisənin bir hissəsi kimi işlənib hazırlanmış və istehsal edilmiş “Meteor” raketi xüsusilə “Eurofighter Typhoon” və “Rafale” döyüş təyyarələri üçün əhəmiyyətli bir üstünlük təklif edir.
Yunanıstan aldığı 24 ədəd “Rafale” döyüş təyyarəsində bu qabiliyyətə malikdir və eyni zamanda Türkiyənin “Meteor” raketləri almasına mane olmağa çalışır.
Bu çərçivədə Yunanıstan Fransa ilə gərgin danışıqlarını davam etdirərkən, Fransa müdafiə naziri mövzu ilə bağlı yeni açıqlama verib.
Lekornü verdiyi açıqlamada Fransanın “Eurofighter”i Türkiyəyə satan tərəf olmadığı üçün ölkəsinin bu məsələdə heç bir rolunun olmadığını bildirib.
Sevinc Əliyeva
Ordu.az