“Gripen” döyüş təyyarələrinin Ukraynaya tədarükü ilə bağlı son vəziyyət məlum olub

2025/02/1740212146.jpg
Oxunub: 444     12:24     22 Fevral 2025    
“Saab” şirkətinin baş direktoru Maykl Yohansson Almaniyanın Münxen şəhərində keçirilən Münxen Təhlükəsizlik Konfransında “Breaking Defense”ə açıqlamalar verib.

Ordu.az xəbər verir ki, Yohansson açıqlamasında Ukrayna üçün uzunmüddətli razılaşma əldə ediləcəyini və nəticədə C/D standartlı təyyarələrdən ibarət ilk parkın gec-tez Kiyev rəhbərliyinə təhvil veriləcəyini bildirib.

“Ümid edirəm ki, bu, siyasi müstəvidə nəticələrə gəlmədən baş verəcək. Ukraynalı pilotların İsveçdə təlimə başlaması, ingilis dilini öyrənməsi və təkmühərrikli döyüş təyyarələri ilə uçmağa başlaması üçün uzunmüddətli razılıq əldə olunacaq. C/D standartlı təyyarələrdən ibarət ilk parkın ən qısa zamanda Ukraynaya çatdırılmasını təmin edəcəyəm”, - deyə o qeyd edib.

Yohansson bildirib ki, “Gripen” təyyarələrinin daha təkmil versiyası olan “Gripen E” təyyarəsi də zamanla Ukraynaya göndərilməlidir.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gripen   Ukrayna  


Bizi "telegram"da izləyin