ASELSAN “Göktan” layihəsini açıqladı, atış sınağı uğurla həyata keçirildi

2025/02/1740200894.jpg
Oxunub: 726     10:07     22 Fevral 2025    
Türkiyənin müdafiə sənayesi nəhəngi ASELSAN “Göktan” layihəsi çərçivəsində həyata keçirilən atış sınaqlarının uğurla tamamlandığını açıqlayıb.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, sınaqlar sistemin “yer-yer” zərbə qabiliyyətini, komanda və atəşə nəzarət sistemlərinin inteqrasiyasını, uzaq məsafədən hədəflərin dəqiq nişan alınmasını nümayiş etdirib.

Keçirilən sınaq zamanı “Tolun” sursatları təyin olunmuş hədəfi tam dəqiqliklə vurub.

Sınaq prosesində sistemin ASELSAN tərəfindən hazırlanmış “Tolun” sursatına raket mühərriki inteqrasiya edilərək, “yer-yer” istifadə olunma qabiliyyəti qazandığı müşahidə edilib.

Bu yenilik “Tolun”un effektiv mənzilini artırır, quru hədəflərinə qarşı daha geniş əməliyyat istifadə sahəsi təmin edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASELSAN   Göktan  


Bizi "telegram"da izləyin