ABŞ və Ukrayna fevralın 22-də müqavilə imzalaya bilər

2025/02/1740197859.jpg
Oxunub: 421     03:36     22 Fevral 2025    
Vaşinqton və Kiyev fevralın 22-də Ukraynanın təbii ehtiyatlarından istifadəyə dair sazişi imzalaya bilərlər.

Ordu.az xəbər verir ki, bu barədə cümə günü “Wall Street Journal” (WSJ) nəşri mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ və Ukrayna razılaşmaya yaxınlaşır. Qəzet qeyd edir ki, hələlik yekun razılıq əldə olunmayıb, lakin razılaşmanın şənbə günü imzalanması mümkündür.

Sənədin məzmunu ilə bağlı heç bir məlumat verilmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin