HƏMAS israilli girov Şiri Bibasın cəsədini Qırmızı Xaça təhvil verib

2025/02/17360-1740197357.jpg
Oxunub: 355     00:34     22 Fevral 2025    
HƏMAS hərəkatı israilli girov Şiri Bibasın cənazəsini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə “Əl-Cəzira” telekanalı məlumat yayıb.

Kanalın mənbəsinin sözlərinə görə, qalıqların həkimlərə təhvil verilməsini HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qruplaşması həyata keçirib.

Məlumatı “Al Hadath” telekanalı da öz mənbələrinə istinadən yayıb.

HƏMAS hələlik bu xəbərlərə münasibət bildirməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   Cəsəd   Qırmızı-Xaç  


Bizi "telegram"da izləyin