ABŞ yarım milyona yaxın haitilini deportasiya edə bilər

2025/02/1740153813.jpg
Oxunub: 486     20:01     21 Fevral 2025    
ABŞ hökuməti avqust ayında ölkədə yaşayan 500 minə yaxın haitilinin Müvəqqəti Qorunmuş Statusunu (TPS) - yəni onlara deportasiya olunmaqdan möhlət verən imtiyazı ləğv edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə BBC ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, belə bir qərar Haitidə (Birləşmiş Millətlər Təşkilatının statistikasına əsasən) quldur dəstələrinin paytaxtın 85%-i idarə etməsi və təkcə ötən il azyaşlılara qarşı cinsi zorakılığın 1000% artması fonunda gəlib.

Qeyd edilir ki, Donald Tramp Ağ Evə gələndən bəri miqrasiya sistemində ciddi islahatlar aparır və ölkədə kütləvi deportasiyaların həyata keçiriləcəyini vəd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Deportasiya  


Bizi "telegram"da izləyin