Ağ EV: Zelenski tezliklə ABŞ ilə mineral saziş imzalayacaq

2025/02/1740152588.jpg
Oxunub: 619     19:25     21 Fevral 2025    
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə Ukraynada nadir torpaq elementləri ilə bağlı müqavilə imzalayacaq.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bildirib.

Onun sözlərinə görə, imzalanma yaxın gələcəkdə baş verəcək.

Vals vurğulayıb ki, ABŞ-yə mineral sövdələşməni təklif edən Zelenskidir.

“Avropa faktiki olaraq Ukraynada nizamlanmaya qarşıdır. ABŞ hesab edir ki, bu hərəkətlər mənasızdır”, - Ağ Ev rəsmisi əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vals   Zelenski  


Bizi "telegram"da izləyin