Litva Prezidenti Avropanı müdafiə xərclərini ikiqat artırmağa çağırıb

2025/02/1740152514.jpg
Oxunub: 476     19:22     21 Fevral 2025    
Avropa müdafiə ehtiyaclarına iki dəfə çox vəsait ayırmalıdır.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Litva Prezidenti Gitanas Nauseda deyib.

“Mən bu gün NATO-nun büdcə xərclərinin ədalətli bölünməməsi və böyük hissəsinin ABŞ-nin payına düşməsi ilə bağlı Vaşinqtonun tənqidi ilə razıyam. Buna görə də Avropa bu prosesdə iştirakını ən azı iki dəfə artırmalıdır”, - o bildirib.

2025-ci ilin dövlət büdcəsində Litva müdafiə sahəsinə rekord məbləğdə - 2,5 milyard avro ayırıb ki, bu da ÜDM-in 3,03 %-ni (keçən il ÜDM-in 2,75 %-i) təşkil edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Avropa  


Bizi "telegram"da izləyin