HƏMAS sabah azad ediləcək altı israilli girovun adını açıqlayıb

2025/02/1740138615.jpg
Oxunub: 529     15:31     21 Fevral 2025    
HƏMAS-ın hərbi qanadı olan "Əl-Kassam" briqadaları sabah azad ediləcək altı israilli girovun adını açıqlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadının bəyanatında bildirilib.

“Məbadilə razılaşması çərçivəsində “Əl- Kassam” briqadaları sabah aşağıdakı israilli girovları azad etmək qərarına gəliblər: Eliya Koen, Ömər Şem Tov, Ömər Venkert, Tal Şoam, Avera Mengistu, Hişam əs-Səid”, - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   İsrail  


Bizi "telegram"da izləyin