Peskov Rusiyanın NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb etməsini yalanlayıb

2024/07/thumb-1721842996.jpg
Oxunub: 516     14:02     21 Fevral 2025    
Peskov Rusiyanın NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb etməsini yalanlayıb.

Ordu.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ər-Riyadda NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb etməsini təkzib edib.

“Xeyr, bu doğru deyil. Bizim mövqeyimiz ondan ibarətdir ki, NATO hərbi infrastrukturunun sərhədlərimizə doğru irəliləməsi bizi narahat edir. Bizim bu mövqeyimiz hamıya məlumdur, heç kimə sirr deyil”, deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rumıniya Prezidentinin müdafiə və milli təhlükəsizlik üzrə müşaviri Kristian Diakonesku bildirib ki, Rusiya və ABŞ-ın Ər-Riyaddakı danışıqlarında Rusiya NATO-nun Şərqi Avropa ölkələrindən getməsini tələb edib. Onun sözlərinə görə, ABŞ bu tələbi rədd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Rusiya   NATO  


Bizi "telegram"da izləyin