ASELSAN “Korkut” BƏƏ zirehlisinin üzərindədir!

2025/02/1740128253.jpg
Oxunub: 656     16:56     21 Fevral 2025    
ASELSAN-ın baş direktoru Ahmet Akyol IDEX sərgisində verdiyi açıqlamada Körfəz bölgəsindəki fəaliyyətlərini və yeni əməkdaşlıqlarını qiymətləndirib.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Akyol xüsusilə yerli tərəfdaşlarla bir böyümə strategiyası izlədiklərini bildirib.

O, ASELSAN-ın uzun illərdir Körfəz ölkələrində fəaliyyət göstərdiyini vurğulayıb.

“Körfəz ölkələri əhəmiyyətli həcmə malik ölkələrdir. Biz uzun illərdir ki, bu coğrafiyada həm birbaşa, həm də yerli tərəfdaşlarla fəaliyyət göstəririk. Biz Əbu-Dabidəyik, burada ortaq şirkətimiz var, o, 10 ildən çoxdur fəaliyyət göstərir. Bizim öz yerli ofisimiz var. Bundan başqa, ASELSAN-ın regionun 4-5 ölkəsində də fəaliyyətəri var”, - deyə Akyol qeyd edib.

ASELSAN-ın baş direktoru yeni dövrdə yerli əməkdaşlıqlarla böyümə strategiyası qəbul etdiklərini və bu çərçivədə Körfəz bölgəsindəki şirkətlərlə ortaq iş apardıqlarını bildirib.

ASELSAN tərəfindən hazırlanan “Korkut” Hava Hücumundan Müdafiə Silah Sistemi Birləşmiş Ərəb Əmirliklərinin “Calidus” şirkəti ilə əməkdaşlıq çərçivəsində 8×8 rezin təkərli vasitələrə inteqrasiya edilib.

Akyol bu sistemin bölgədəki effektivliyinə diqqət çəkərək deyib:

“Bu çərçivədə uzun illərdir birlikdə işlədiyimiz “Calidus” şirkəti ilə burada “Korkut” sistemimizin bir versiyasını inkişaf etdirdik və hazırda burada 8×8 rezin təkərli vasitədə sərgilənir. “Korkut” həqiqətən də son vaxtlar çox vacib işlər görür. Harada istifadə olunsa, xüsusilə pilotsuz uçuş aparatı, kamikadze və sürü hücumlarına qarşı çox təsirlidir. Üzərindəki ağıllı sursatla vacib bir ailə. 25 mm-lik “Korkut”un döyüş sursatı ilə birlikdə üzərində də işlədik. Ona görə də belə bir əməkdaşlığımız var. Deyə bilərəm ki, burada da çox diqqət çəkib”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Korkut   BƏƏ  


Bizi "telegram"da izləyin