Belçikanın müdafiə naziri: “Avropanın böyük müdafiə şirkətlərinə ehtiyacı var”

2025/02/1740128116.jpg
Oxunub: 539     19:40     21 Fevral 2025    
“Tramp administrasiyası ABŞ-nin dəstəyini geri götürməklə hədələdikdən sonra Avropanın müdafiə sənayesi qitənin hərbi ehtiyaclarını qarşılaya biləcək bir neçə oyunçuda birləşməlidir”.

Ordu.az xəbər verir ki, bunu Belçikanın müdafiə naziri Teo Franken “Financial Times”a verdiyi açıqlamada deyib.

Avropa İttifaqının paytaxtları və onların tərəfdaşları, o cümlədən London ABŞ-Rusiya mümkün sülh razılaşması halında, öz müdafiə qabiliyyətini və hərbi xərclərini necə artırmaq və Ukrayna üçün təhlükəsizlik zəmanətlərini necə təmin etmək barədə təcili danışıqlara başlayıb.

Franken qeyd edib ki, Avropanın daha inteqrasiya olunmuş müdafiə sənayesinə ehtiyacı var.

“Biz daha yaxşı istehsal həyata keçirməli və birlikdə işləməliyik”, - deyə o bildirib.

Belçikanın müdafiə naziri vurğulayıb ki, Avropanın parçalanmış strukturunda hər bir ölkə öz layihələrini həyata keçirir, bu, kiçik partiya sifarişlərinə, yüksək texniki xidmət xərclərinə və səmərəsizliyə gətirib çıxarır.

O əlavə edib ki, Avropanın böyük müdafiə şirkətlərinə ehtiyacı var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   MN   Avropa  


Bizi "telegram"da izləyin