Hindistan yerli “Su-57” istehsalı üçün Rusiyanın təklifini nəzərdən keçirir

2025/02/1740127722.jpg
Oxunub: 582     20:21     21 Fevral 2025    
Hindistan yerli “Su-57” istehsalı üçün Rusiyanın təklifini nəzərdən keçirir.

Ordu.az xəbər verir ki, bu barədə “Defence Blog” məlumat yayıb.

Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin (FSMTC) direktoru Dmitri Şuqayevin sözlərinə görə, Hindistan bu ölkədə beşinci nəsil “Su-57 Felon” döyüş təyyarələrinin istehsalı ilə bağlı Rusiyanın təklifini nəzərdən keçirir.

Potensial müqavilə bağlanarsa, Hindistanın yerli döyüş təyyarələri istehsal gücünü əhəmiyyətli dərəcədə artıra və Rusiya ilə müdafiə əlaqələrini dərinləşdirə bilər.

Şuqayev bu bəyanatı iki ölkə arasında davam edən müdafiə əməkdaşlığını müzakirə edərkən verib və Rusiyanın ən qabaqcıl döyüş təyyarəsinin Hindistanda lisenziyalı istehsalının mümkünlüyünü vurğulayıb.

Rusiyanın flaqmanı “Su-57” ABŞ-nin F-35 və F-22 kimi beşinci nəsil Qərb reaktivləri ilə rəqabət aparmaq üçün nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Su-57   Rusiya  


Bizi "telegram"da izləyin