Respublikaçılar Konqresə ABŞ-nin BMT-dən çıxmasını nəzərdə tutan layihə təqdim edib

2025/02/1740124190.jpg
Oxunub: 486     11:40     21 Fevral 2025    
ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan üzvləri ölkənin Birləmiş Millətlər Təşkilatından çıxmasını və qurumun maliyyələşdirilməsinin dayandırılmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə təqdim etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə "FOX NEWS" xəbər yayıb.

Senator Mayk Linin müəllifi olduğu layihə təqdim edildikdən sonra ölkə təşkilatın tərkibindən çıxmaqla yanaşı, həm də maliyyələşməni tamamilə dayandıracaq.

Bu arada, hakim partiyadan olan senatorlar bəyanat verərək, təşkilatın ABŞ-nin maraqlarına cavab vermədiyini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Respublikaçılar   Konqres   ABŞ   BMT  


Bizi "telegram"da izləyin